17 sentyabr 2016 20:00
Pavel Paşayevin komandası ev oyununda uduzdu
Futbol üzrə Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Donetsk "Olimpik"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 2:3.
Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, "Stal" 8 turdan sonra 6 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.
