17 sentyabr 2016 17:30
Yığmamız son rəqibi ikinci oyunda da məğlub oldu
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı qrupda bu gün daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin İspaniyaya 0:7 hesabıyla uduzduğu gündə Latviya da Ukraynaya 2:5 hesabıyla məğlub olub.
Xatırladaq ki, ilk turda Latviya İspaniyaya 0:18, Azərbaycan isə Ukraynaya 1:2 hesabıyla uduzmuşdu.
Sentyabrın 20-də baş tutacaq son turda yığmamız Latviya komandası ilə qarşılaşacaq.
