17 sentyabr 2016 17:00
Ziya Əzizov oynamadı, komandası darmadağınla üzləşdi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Almere Siti" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.
Ziya bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Den Boş" 7 turdan sonra 7 xalla 20 komanda arasında 16-cıdır.
