17 sentyabr 2016 16:30
Millimizin üzvü Bursaspora qarşı oynamadı
Türkiyə Super Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Bursaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Ufuk bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kayserispor" 4 turdan sonra 2 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
