17 sentyabr 2016 16:00
Eratın komandası böyük hesabla uduzdu
Almaniya üçüncü Bundesliqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Vehen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Erat bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, 7 turdan sonra "Duysburq" 20 klub arasında 14 xalla 1-ci yerdə qərarlaşıb.
