17 sentyabr 2016 15:20

Tərlan Quliyev: Neftçi bizə qarşı Qəbələ ilə görüşdəki kimi oynamayacaq

"İnter"in müdafiəçisi Tərlan Quliyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Çətin oyun olacaq. Çünki "Qəbələ"yə məğlubiyyətdən sonra rəqib komandada ciddi dəyişikliklər olub. Baş məşqçi postuna Elxan Abdullayev gətirildi. O, komandanın toparlanmasına nail olacaq. Bu oyuna yüksəliş matçı kimi baxırlar.

- Deməli, belə bir dönəmdə "Neftçi" ilə qarşılaşmaq sizin üçün heç də ən yaxşı variant deyil?
- Kimsə "Neftçi" ilə indiki dövrdə qarşılaşmağı bizim üçün üstünlük sayırsa, bərk yanılır. Onlar bizə qarşı "Qəbələ" ilə matçdakı kimi oynamağa hazırlaşmırlar və elə oynamayacaqlar.

- Bəs "İnter"dən nə gözləmək olar?
- Biz öz meydanımızda oynadığımız üçün yalnız 3 xal üçün çalışacağıq. Mövsümü əvvəlində qələbələr bizə çox lazımdır. Məhz indi qazanacağımız xallar bizə mövsümün sonunda çox kömək edəcək.

- "İnter"dən böyükhesablı qələbə gözləməyə dəyər?
- Hər şey ola bilər. Amma bizim üçün "Qəbələ" ilə müqayisədə çox çətin olacaq. Rəqib indi az da olsa, toparlanıb. Onların "Qəbələ"yə 8 cavabsız qolla uduzmasını heç kim gözləmirdi. Hələ də "Neftçi"nin o qədər qol buraxdığına inana bilmirəm.

- Bir neçə il öncə siz də "Neftçi"də oynamısınız...
- Onların işləri ilə xüsusi maraqlanmıram. Amma komanda hazırda özünə bənzəmir.

- Bəs "İnter"dəki durumunuzdan razısınız?
- Bütövlükdə, pis deyil. Amma "Kəpəz"lə oyunda xal itirməsəydik, daha yaxşı olardı. Həmin görüşdə qələbə qazanmalı idik.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.