17 sentyabr 2016 14:40
Şaxtyorun forvardı: Şadam ki, Azərbaycan yığmasına dəvət almışam
Ukraynanın "Şaxtyor" klubunun (U-19) yarımmüdafiəçisi Murad Xaçayev Azərbaycan yığmasının və Donetsk klubunun əsas heyətində oynamaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şaxtyor"da çıxış etdiyim üçün çox şadam. Azərbaycan yığmasına dəvət aldığım üçün də şadam. Məni əsas yığmaya dəvət edib-etməyəcəklərini deyə bilmərəm. Əsas milli tam fərqli səviyyədir. Amma mən dəvətə hər zaman hazıram. "Şaxtyor"u başqa komandaya dəyişmək barədə düşünmürəm. Çünki burada məni hər şey qane edir. Sonra necə olacağını zaman göstərəcək. Azərbaycan klublarından heç bir dəvət almamışam. Olsa, düşünmək olar".
