17 sentyabr 2016 13:40
Neftçi İnterlə oyuna üç itki ilə çıxacaq
"Neftçi" Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacağı "İnter"lə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" paytaxt derbisinə üç itki ilə hazırlaşır.
Belə ki, Murad Ağayev, Vançe Şikov və Elşən Abdullayev "bankirlər"ə qarşı forma geyməcək.
Qeyd edək ki, "İnter" - "Neftçi" oyunu sabah saat 20:00-da start götürəcək.
