17 sentyabr 2016 15:00
Zaur Svanadze: Neftçi ikiqat motivasiyalı olacaq
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Adi qaydada hazırlaşırıq. Adrian Skarlatake zədə səbəbindən oyunu buraxacaq. Rəqib komandada baş məşqçi dəyişikliyi olub. Bu üzdən "Neftçi" ikiqat motivasiyalı olacaq. Ola bilər ki, "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətdən sonra rəqib düşərgədə psixoloji vəziyyətd pis idi. Amma yeni baş məşqçinin gəlişindən sonra hər şey yaxşıya doğru dəyişib. Bütün bunlara baxmayaraq, biz öz futbolumuzu oynamağa çalışacağıq".
