17 sentyabr 2016 12:30
Migel Lorenso: Üst pillələrdə yer almaq xoşdur
"Zirə"nin müdafiəçisi Migel Lorenso komandasının Topaz Premyer Liqasının ilk 4 turundakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Turnir cədvəlində hələ ki, üst pillələrdə qərarlaşmışıq. Əlbəttə, mövsüm yenicə başlayıb. Bu üzdən indidən dəqiq proqnoz söyləmək çətindir. Amma istənilən halda turnir cədvəlinin üst pillələrində qərarlaşmaq xoşdur. Bu, komandada özünəinamı daha da artırır".
