17 sentyabr 2016 11:30

Elnur Cəfərov: Cəmi bir məşqə çıxdığımı nəzərə alsaq, ilk oyunum pis olmadı

Xorvatiyanın "Duqopolye" klubunun azərbaycanlı yarımmüdafiəçisi Elnur Cəfərovun azerisport.az saytına müsahibəsi

- Yeni klubunuzda işləriniz necə gedir?
- Hər şey yaxşıdır. Komandaya yığmanın toplanışından sonra - sentyabrın 8-də qoşuldum, ayın 9-dan isə ilk məşqə, növbəti gün isə çempionatda ilk oyunuma çıxdım. İkinci hissədə meydana buraxdılar, 30 dəqiqə oynadım.

- Debütünüz necə alındı?
- İlk dəfə üçün pis deyildi. Onu da nəzərə almaq lazımdır ki, komanda ilə cəmi bir məşqə çıxmışdım. Bu gün növbəti turdur. Böyük ehtimalla yenə sonradan meydana çıxacağam. Çünki hələ komandaya uyğunlaşmağım lazımdır.

- Yığmamızın baş məşqçisi Robert Prosineçki hələ sizə baş çəkməyib?
- Hələ yox. Biz Zaqrebdə bazalaşmamışıq. Əminəm ki, oyunumuz paytaxtda olsa, o da Xorvatiyada olsa, oyunumuza gələr.

- Sizi komandada necə qarşıladılar?
- Çox yaxşı.

- Milli komandaya dəvət alan futbolçunun aşağı divizion klubuna keçməsini heç kim qəribə qarşılamadı?
- Xeyr. Bura oyun təcrübəmi yaxşılaşdırmaq üçün gəlmişəm. Mən oynamalıyam.

- Orada da Lənkəranın seriya nömrəsini (42) almısınız?
- (gülür) Burada elə imkanım olmayıb. Çünki komandaya çox gec qoşuldum. Nə verdilər, onu da götürdüm. Sifariş də etməmişəm. İlk oyunumda deyəsən, 22 nömrəli formada oynadım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.