17 sentyabr 2016 00:20
Renato: Eminlə Kamran Boaviştaya lazımdır
Portuqaliyanın "Boavişta" klubunun hücumçusu Renato Santos azərbaycanlı komanda yoldaşları - Emin Mahmudov və Kamran Ağayev barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Eminin Azərbaycan yığmasının oyunçusu olduğunu bilirəm. Bu yaxınlarda yığmanızın düşərgəsinə yollanmışdı. Dəvət olunubsa, deməli, lazımlı oyunçudur. Onu məşqlərdə görmüşəm. Gəncdir, yaxşı futbolçudur. Ümid edirəm ki, klubumuza faydası dəyəcək. Kamran isə komandamıza yenicə qoşulub. O da komandaya edəcək. Hər ikisinə yardımçı olmağa hazıram. Çünki hamımız bir komandanın uğurları üçün çalışırıq".
