16 sentyabr 2016 19:00

Migel Madera: Qarabağ bu mövsüm qrupdan çıxa bilər

"Qarabağ"ın yarımmüdafiəçisi Migel Madera Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı oyundan (2:2) sonra fikirlərini bölüşüb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Qələbə qazanmağınıza nə mane oldu?
- Matçın əvvəlində səhvə yol verdim, buna görə də erkən qol buraxdıq. Amma sonradan toparlana və cavab qolunu vura bildik. Ruhdan düşmədik. Bu oyunda uduza da bilərdik. Xoşbəxtlikdən matçı heç-heçə başa vura bildik.

- Matçın sonunda demək olar ki, bütün komanda ilə hücuma atılmışdınız. "Slovan"ın daha bir qol vuracağından qorxmurdunuz?
- Bəli, bu, "Slovan"ın yeni qol vurmasına imkan yaratmışdı. Amma lazım olan qolu biz vurduq. Bu görüşdə qələbə qazanmaq istəsək də, heç-heçə də pis nəticə olmadı.

- Sizi bu oyunun qəhrəmanı saymaq lazımdır, ya antiqəhrəmanı?
- Bu oyunda komanda olaraq qəhrəmanlıq nümayiş etdirdik. Mənim təkbaşına qəhrəman olduğumu demək olmaz.

- Bu matçdakı səhvinizə görə baş məşqçi Qurban Qurbanovun qəzəbinə tuş gələcəyinizdən qorxmursunuz?
- O, həmişə bizimlədir. Pis anımızda da, yaxşı günümüzdə də bizi dəstəkləyir. Elə bu oyunda da məhz bunun nəticəsi kimi sonadək mübarizə apardıq və xal qazandıq.

- Sizcə, "Qarabağ"ın bu qrupdan çıxması mümkündür?
- Əlbəttə, bu, real görünür. Məğlub edə bilməyəcəyimiz komanda yoxdur. Öz oyunumuzu sərgiləyə bilsək, hər şey yaxşı olacaq. Bu mövsüm qrupdan çıxa bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.