16 sentyabr 2016 17:00
Qəbələnin oyununda erməni təxribatının qarşısı alınıb
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı keçirdiyi səfər oyununda erməni təxribatının qarşısı alınıb. Azerisport.az xəbər verir ki, Brüsseldəki "Konstant Vanderstok" arenasında keçirilən qarşılaşmanı izləməyə gələn bir qrup erməni stadiona bu ölkənin bayraqlarını keçirmək istəyiblər.
Amma stadionun stüardları təxribata imkan verməyiblər. Təhlükəsizlik əməkdaşlarının bu oyunda "Qəbələ"yə dəstək verən "Milli Dəstə" üzlərinə verdiyi məlumata görə, onlardan 6 Ermənistan bayrağı müsadirə olunub. Həmçinin erməni fanatlar arenaya xüsusi maykalar geyinərək gəliblər.
