16 sentyabr 2016 16:40
Martin Dubravka: Təəssüf ki, Bakıda cəmi bir neçə saniyə dözə bilmədik
Çexiyanın "Slovan" klubunun qapıçısı Martin Dubravka Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu (2:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Bu oyunda qalib gəlsəydik, daha yaxşı olardı. Bizə qələbə üçün çox azacıq nəsə çatışmadı. Nəticədə 2 xal itirdik. Fikrimcə, bizim hər iki qolumuz gözlənilməz alındı. Xüsusilə də birinci. Top daha çox rəqibdə olurdu. Biz imkanlarımızdan daha yuxarı səviyyədə oynadıq. Təəssüf ki, cəmi bir neçə saniyə dözə bilmədik. Rəqib futbolçu topa yaxşı zərbə endirdi və qapının küncünü nişan aldı. Topa çatmağa çalışsam da, buna nail ola bilmədim. Yəqin ki, bizim bir qədər bəxtimiz də gətirmədi".
