16 sentyabr 2016 15:20
Davi Ruf: Qəbələ ilə oyunda hər şey bizim nəzarətimiz altında idi
Belçikanın "Anderlext" klubunun qapıçısı Davi Ruf Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" üzərində qazandıqları qələbəni (3:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz hesabda öndə olarkən hər şey bizim nəzarətimiz altında idi. Hətta rəqibin cavab qolundan sonra da heç nə dəyişmədi. İstənilən halda bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik".
