16 sentyabr 2016 14:00
Səbailin Müşahidə Şurasının iclası keçirildi
Sentyabrın 15-də “Bayıl Arena“da “Səbail” klubunun Müşahidə Şurasının iclası keçirilib. Azerisport.az xəbər verir ki, Müşahidə Şurasının sədri Rəşad Abdullayev çıxış edərək klubun əsas fəaliyyət istiqamətləri barədə danışıb.
Abdullayev klubun I diviziondakı hədəfləri, yüksək pillələr uğrunda mübarizə aparması ilə yanaşı, daha çox yerli və gənc futbolçuların xidmətində maraqlı olduğunu deyib, bu amilin gələcəkdə həm müxtəlif yaş qruplarından ibarət yığma komandaların, həm də Azərbaycan milli komandasının seçim imkanlarına müsbət təsir edə biləcəyini vurğulayıb.
