16 sentyabr 2016 13:00

Milan Baroş: Qarabağ çox yaxşı oynadı

Çexiyanın "Slovan" klubunun hücumçusu Milan Baroş Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarbabağ"a qarşı keçirdikləri səfər oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra öncə bunları söyləyib:

"İkinci qol zamanı ofsayda düşməməyə çalışdım. Eqon Vuçun zərbəsi yaxşı idi. Amma rəqib qapıçı onu dəf edə bildi. Lakin son anda lazım olan yerdə idimvə topu qapıya göndərməyə nail oldum".

Baroşun sözlərinə görə, matçda vurduqları ilk qol onların özü üçün də sürpriz olub: "Matçın başlanğıcı pis olmadı. Biz oyun başlayan kimi pressinqə başladıq. Bir qədər də bəxtimiz gətirdi və biz topu ələ keçirdik. Mən Sikoraya ötürmə etdim, o da şansını boşa vermədi. Belə erkən qolu heç kim gözləmirdi. Əlbəttə, biz matçın əvvəlində qol vurmağı çox istəyirdik. Amma buna rekorda imza atmaqla nail olduq. Fikrimcə, məhz bu qol matçın gedişində bizə çox kömək etdi".

Təcrübəli hücumçu həmin qoldan sonra yaxşı oynaya bilməmələrini vurğulayıb: "Təəssüf ki, biz çox tez cavab qolunu buraxdıq. Hesabda öndə olduğumuz vaxt rəqib hirsli idi və biz bundan yararlanıb, daha da yaxşı oynamalı idik".

Çexiyalı forvard son saniyələrdə qələbəni əldən vermələrini belə şərh edib: "Futbol həm gözəl, həm də belə sərt oyundur. Bu oyunda üstünlüyümüzü qoruya bilmədik. "Qarabağ" çox yaxşı oynadı, xüsusilə də birinci hissədə. Biz fasilədən sonra daha çox hücum etməyə, kombinasiyalar qurmağa çalışdıq".

(Ceska Televize)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.