16 sentyabr 2016 12:40
İran Azərbaycanla oyun öncəsi Mərakeşə qalib gəldi
Futzal üzrə Azərbaycan yığmasının dünya çempionatında mübarizə apardığı F qrupunda daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, millimizin ilk turda 5:0 hesabıyla məğlub etdiyi Mərakeş İranla üz-üzə gəlib.
Cənub qonşularımız bu oyundan 5:3 hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, ötən gecə millimiz də İspaniyaya 2:4 hesabıyla uduzub. Komandamız qrupdakı son matçını sentyabrın 19-da İrana qarşı keçirəcək.
