16 sentyabr 2016 12:20
Eqon Vuç: Qarabağla oyunda bundan gözəl başlanğıc ola bilməzdi
Çexiyanın "Slovan" klubunun yarımmüdafiəçisi Eqon Vuç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri səfər oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu həftəni bütünlüklə "Qarabağ"la oyunun hazırlığına həsr etmişdik. Matçın startından təxminən 10 saniyə sonra hesabı açdıq. Bundan gözəl başlanğıc ola bilməzdi. Amma rəqib dərhal cavab qolunu vura bildi. "Qarabağ" uzun müddət topa nəzarət etdi, biz isə kompakt oynamağa çalışırdıq. Bu üzdən də rəqibə xüsusi qol şansı vermədik".
