16 sentyabr 2016 11:20
Qarabağ xal ehtiyatımızı yaxşılaşdırdı
"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ı ilə heç-heçə sayəsində Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını yaxşılaşdırıb. Azerisport.az xəbər verir ki, Bakıda qeydə alınan 2:2 hesablı heç-heçə ölkəmizə əlavə 0,250 xal qazandırıb.
Təəssüf ki, "Qəbələ" səfərdə Blçika "Anderlext"inə uduzmaqla reytinqə töhfə verə bilməyib.
Artıq Azərbaycanın son beş ildəki nəticələri sayəsində 16,750 reytinq xalı var. Ölkəmiz sıralamada 25-ci pillədə qərarlaşıb.
