16 sentyabr 2016 10:20
Venansio Lopes: Azərbaycana qalib gəldiyimiz üçün şadıq
Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İspaniya oyunundan sonra rəqib komandanın baş məşqçisi Venansio Lopes fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 4:2 hesablı qələbəni belə şərh edib:
“Maraqlı oyun alındı. Taktiki baxımdan hər iki komanda düzgün oynadı. Belə qarşılaşmalarda qapıya vurulan zərbələrdə dəqiqlik faizi yüksək olmalıdır. Qələbə qazandığımız üçün çox şadıq. Çıxışımızı pillə-pillə daha da yaxşılaşdırmalıyıq. Çünki növbəti mərhələlərdə bizi daha çətin oyunlar gözləyir”.
