16 sentyabr 2016 01:20
Qarabağ və Qəbələnin rəqibləri heç-heçə ilə başladılar
"Avropa Liqasının qrup mərhələsində ilk tura yekun vurulub. Azerisport.az xəbər verir ki, "Qarabağ"la "Qəbələ"nin rəqibləri də növbəti matçlarını keçiriblər.
Ağdam klubunun rəqibi olan Yunanıstan PAOK-u doğma meydanda İtaliyanın "Fiorentina" komandasını qəbul edib. Bu görüşdə hesab açılmayıb.
"Qəbələ"nin rəqibləri də ilk turda heç-heçə kifayətlənməli olublar. Almaniyanın "Maynts" klubu Fransa "Sent-Etyen"i ilə ev oyununda 1:1 hesablı heç-heçəyə razılaşıb.
