16 sentyabr 2016 00:05

Roman Qriqorçuk: Öz futbolumuzu göstərə bilmədik

UEFA Avropa Liqasının qrup mərhələsinin 1-i turunun “Anderlext” (Belçika) – “Qəbələ” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Rəqibi qalib gəlmələri münasibətilə təbrik edirəm. Belçika klubu qanunauyğun qələbə qazandı. “Anderlext” bizdən güclü idi. Hər şey oyuna görə oldu. Rəqib bütün oyun komponentlərində bizdən güclü idi. Bu qələbə tam düzgün idi. Bizim oyun üslubu hücum futbolundan ibarətdir. Hücumda olmaq, oyunu idarə etmək istəyirik. Belə oynamaq bizim istəyimizdir. Lakin rəqib bizdən üstün olduğu üçün istədiyimizi - öz futbolumuzu göstərə bilmədik. Üslubu dəyişmək, qapanmaq istəməzdik. Növbəti matçlarda, o cümlədən “Anderlext”lə ikinci matçda da öz futbolumuzu göstərməyə çalışacağıq. Ümid edirəm ki, bu yolla inkişaf edəcəyik. Paralel olaraq çempionat və avrokuboklarda oynayacağıq. “Mayns”la növbəti matçı evdə keçirəcəyik. Həmin qarşılaşmada azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirmək istəyirik. “Anderlext”i digər rəqiblərimizlə müqayisə edə bilmərəm. Bu, həmin komandaların təhlilindən sonra mümkündür. Oyunçularıma demişdim ki, “Anderlext”in aşkar zəif yeri yoxdur. Müəyyən çatışmazlıqlar var. Lakin müdafiə və hücumda böyük boşluqlar tapmaq həqiqətən də çətin idi. Bu matç iki həftə əvvəl olsaydı, rəqibin oyununda boşluq tapa bilərdik. Lakin son çempionat görüşündə də onlar göstərdi ki, heyət tam formalaşıb. Buna əsasən biz öncədən rəqibin heyətini də, necə oynayacağına da bilirdik. Cəmi 2-3 həftə əvvəlki “Anderlext” indikindən zəif idi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.