15 sentyabr 2016 23:30
"Slovana uduza da bilərdik"
"Qarabağ"ın yarımmüdafiəçisi Mişel Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra bunları söyləyib:
"Erkən qol buraxdığımız epizodda mən səhvə yol verdim. Buna baxmayaraq, toparlandıq və ruhdan düşmədik, sonda matçdan xalla ayrılmağı bacardıq. Amma uduza da bilərdik. Əsas odur ki, belə bir oyunda xal qazanmağa nail olduq".
