15 sentyabr 2016 22:10
Qarabağın qapısına vurulan qol Avroliqanın tarixinə düşdü
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la oyunda Çexiyanın "Slovan" klubunun futbolçusu Yan Sikoranın vurduğu qol bu turnirin tarixinə düşüb. Azerisport.az xəbər verir ki, 9-cu saniyədə vurulan qol Avroliqa tarixinin ən erkən qoludur.
Qeyd edək ki, bu oyun 2:2 hesabıyla başa çatıb.
