15 sentyabr 2016 22:00

Qurban Qurbanov: Komandadan razı qaldım

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiyanın "Slovan" klubuna qarşı keçirilmiş oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Oyun çox çətin keçdi. Biz bu turnirə yaxşı başlamaq istəyirdik. Buna baxmayaraq, son saniyələrdə hesabı bərabərləşdirdik. Komandadan razı qaldım. Belə turnirlərdə sonadək oynamaq vacibdir. Bizim üçün yaxşı təcrübə oldu. Rəqibin ikinci qolundan sonra toparlanmaq asan deyildi. Amma oyunçularımız bunun öhdəsindən gəldilər. Bu turnirdə hər bir xal vacibdir. Asan oyunumuz olmayacaq. Hər belə oyun bizi daha da güclü edir. Sonadək mübarizə aparacağıq.

- Sizə elə gəlmir ki, hakim rəqibə simpatiya bəsləyirdi?
- Hamımıza elə göründü. Amma dəqiq belə olduğunu deyə bilmərəm. Həm də rəqib elə komandadır ki, qarşısındakına oynamağa imkan vermir.

- Bu gün Dani Kintananın oyunu getmədi?
- Ola bilər ki, bəzi epizodlarda alınmadı. Amma bütövlükdə vəzifəsinin öhdəsindən gəldi. Razı qaldım.

- Rəşad hücuma qoşulanda təhlükəli vəziyyətlər yaradırsınız. Olmaz ki, ona daha çox irəli getməyi tapşırasınız?
- Lazım olanda irəli gedir. Bunu hiss etmək lazımdır. Yetərincə təcrübəsi var və irəli getməyin nə vaxt lazım olduğunu bilir. Amma Rəşad ilk növbədə müdafiəçidir.

- Reynaldo hələ də formasını bərpa edə bilməyib. Razısınız ki, o, artıq əvvəlki Reynaldo deyil?
- Biz də ondan daha yaxşı oyun gözləyirik. O, uzun müddət zədəli idi. Tədricən artırır. Çətin də olsa, formasını bərpa etməsinə çalışırıq. Bu gün də bacardığını etdi.

- Bu gün tribunada çoxlu boş yerlər var idi...
- Biz gec saatlarda oynamaq istəsək də, UEFA oyunu bu saata saldı. Növbəti oyunlarda onların sayı daha çox olacaq.

- Hücum oyunçularınız tez-tez ofsayda düşürdü...
- Hücum futbolu oynayanda belə epizodlar çox olur. Bu da normaldır.

- Bu, mövsümün əvvəlində yaratmaq istədiyiniz komandadır?
- Hərdən düşünürük ki, biz hamıdan güclü olmalıyıq. Amma başqa klubları da nəzərə almaq lazımdır ki, onlar da eyni məqsədlər üçün çalışırlar. Hamı öz üzərində çalışır. Buna baxmayaraq, biz bütün rəqiblərimizlə baş-başa mübarizə aparmağa çalışırıq. Bu gün də qol vəziyyətlərinin sayına görə qələbə qazanmalı idik.

- Bədavi Hüseynov nə vaxt qayıdır? Elvin Yunuszadənin oyunu ürək ağrıdır...
- Onun pis olduğunu düşünmürəm. Biz də onun oyununu yaxşılaşdırmaq istəyirik. Digər variantlara gəlincə, bu, rəqiblərdən asılıdır. Müdafiədə tez-tez dəyişiklik etmək yaxşı effekt vermir. Biz də onun boyundan yararlanmağa çalışırıq. O, bu gün pis təsir bağışlamadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.