15 sentyabr 2016 21:40
Trpişovski: Qarabağla heç-heçə ədalətli nəticədir
Çexiyanın "Slovan" klubunun baş məşqçisi Yindrix Trpişovski Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
- Heç-heçə ədalətli nəticədir. Biz bu hesabı gözləyirdik. Çoxlu qol vəziyyətimiz oldu. Xüsusilə də ikinci yarıda. "Qarabağ" güclü komandadır. Bu oyun bizim üçün ən çətin görüşlərdən biri idi.
- İkinci hissədə komandanız yaxşı temp nümayiş etdirdi. Üçüncü hissə də olsaydı, komandanız yenə bu tempdə oynaya bilərdi?
- Bəli, bacarardı. Rəqib də güclü komandadır, kombinasiyalı futbol göstərir.
- Bütün oyunu kepkada oldunuz. Bu, hansısa inancdan irəli gəlir?
- Bu, artıq 20 ildir mənimlədir.
