15 sentyabr 2016 21:30
Tahir Gözəl: Slovanla matçda qələbə gözləyirdik
"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Biz qələbə gözləyirdik. Rəqib də dişimizə görə komanda idi. Amma erkən qol hər şeyi korladı. Görüşün sonunda əldə etdiyimiz heç-heçə də pis nəticə deyil. Fikrimcə, bu gün bəxtimiz gətirmədiyi üçün xal itirdik. Uduzsaydıq, daha da məyus olardıq. Qol vəziyyətləri olsa da, yararlana bilmədik. Biz səfərdə evdəkindən daha yaxşı oynayırıq. "Qarabağ" digər klublardan heç nədə geri qalmır. Qrupdan çıxa bilməsək, çox məyusluq olar. Çünki bu dəfə əvvəlkilərlə müqayisədə püşk bizim üçün daha uğurlu alınıb".
