15 sentyabr 2016 20:00
Abdullayev Neftçini ilk məşqə çıxardı
Bu gün "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev komanda üzvlərinə təqdim olunub. Azerisport.az xəbər verir ki, təqdimat mərasimində "Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub komandalarının baş adminstratoru İslam Abbasov və icraçı direktor Elnur Eyvazov iştirak ediblər.
Görüşdən sonra komanda Elxan Abdullayevin rəhbərliyi altında ilk məşqə çıxıb.
