Vaqif Sadıqov: Qəbələ ilə müqayisədə Qarabağ daha şanslıdır
AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçirəcəyi ilk oyunları ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün nə Avropada zəif komanda var, nə də klublarımızın qrupunda. Buna baxmayaraq, komandalarımızda güc, ustalıq, maksimum nəticə qazanmaq bacarığı var. Onlar bu mövsüm də qarşılarına yüksək hədəflər qoya, bizi sevindirə bilərlər. Yəqin ki, ağdamlılar Çexiya "Slovan"ı ilə doğma meydanda oynadığına görə üstünlüyə malik olacaqlar. "Qarabağ" "Qəbələ"dən daha böyük şansa malikdir. Qəbələliləri səfərdə çətin sınaq gözləyir. "Anderlext" qrupun favoritlərindən biridir. Amma ümid edirəm ki, onlar da evə sərfəli nəticə, xal ilə dönəcəklər. Klublarımıza uğurlu nəticə azulayıram. Ən yaxşısına ümid edirəm".
