15 sentyabr 2016 16:30

Kaka: Azərbaycan DÇ-də nəinki pley-offa çıxa, hətta daha da irəli gedə bilər

Futzal üzrə Azərbaycan yığmasının sabiq oyunçusu Kakanın azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığmasının DÇ-2016-dakı debüt matçını - Mərakeşlə qarşılaşmasını izlədiniz?
- Bəli, oyuna baxdım. Mərakeşin dünyanın ən güclü komandalarından biri olduğunu deməzdim. Azərbaycan yığması intizamlı oyun sərgilədi. Komandanın inkişafda olduğu görünür.

- Belə nəticəni (5:0) gözləyirdiniz?
- Belə oyunla 5 qol vurmaq normaldır. Layiqli qələbə idi. Fikrimcə, Azərbaycan bu qrupdan çıxmalıdır.

- Bu gecə millimizin İspaniya ilə görüşdə də qələbə qazanması mümkündür?
- İspaniyanın gücünü hər kəs bilir. Amma Azərbaycan yığması qrupdan çıxmaq istəyirsə, ispanlara qalib gəlməlidir. Mən bu oyunun televiziyalardan birindəki şərhçisi olacağam. Azərbaycan bu oyunda niyə də qələbə qazanmasın? Düzdür, çempionatın hələ ki, ən yaxşı oyununu məhz ispanlar sərgiləyirlər. Amma onlarla mübarizə aparmaq, hətta qalib də gəlmək olar. Bunun üçün matça psixoloji cəhətdən hazır olmaq, qələbəni arzulamaq lazımdır. Eyni zamanda standart vəziyyətlər zamanı ehtiyatlı oynamaq, pressinqdən qaçmaq da vacibdir.

- Sizə elə gəlmir ki, millimiz ispanlarla görüşü qurban verib, bütün gücünü İranla matça qoymalıdır? Çünki komandamız var gücünü ispanlarla oyuna qoyub, uduzsa, bu, komandaya mənfi təsir edə bilər?
- Məncə, belə düşünməmək daha yaxşı olardı. Heç bir komanda hansısa oyuna elə-belə çıxmaz. Hamı qələbə üçün oynayır. Miltinyonu yaxşı tanıyıram. İnanın ki, Azərbaycan bu görüşdə ancaq qələbəyə oynayacaq. Əsas zədə və qırmızı almamaqdır.

- Mərakeşlə oyunda het-trik edən Vassura ispanlarla görüşdə də belə uğurlu çıxış edə bilər?
- Yeni oyunçularda çox böyük istək olduğu hiss olunurdu. Vassura uzun müddətdir futzal oynayır və Mərakeşlə oyun da onun üçün özünü bütün dünyaya göstərmək baxımından bir şans idi. O da bunu bacardı. Vassura nəinki ispanlarla oyunun, bütövlükdə DÇ-nin ən yaxşı oyunçularından biri ola bilər.

- Azərbaycan DÇ-də pley-offa çıxsa, bu, sürpriz hesab oluna bilər?
- Xeyr. Azərbaycanın yaxşı yığması, məşqçilər korpusu var. Bu komanda daha da irəli gedə bilər.

- Belə hiss etdik ki, DÇ-də yığmamızın da uğur qazanmasını arzulayırsınız...
- Əlbəttə, komandanıza azarkeşlik edirəm. Azərbaycanda çoxlu yaxşı dostum var. Miltinyonu, Biro Jadeni dəstəkləyirəm. Zaur Axundov futzalı sevir və yığmanın uğur qazanması üçün də əlindən gələni edir. Buna görə də Azərbaycana DÇ-də uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.