15 sentyabr 2016 16:00

Brüsseldə Qəbələyə xüsusi dəstək

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim "Qəbələ"nin düşərgəsini ziyarət edib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin "Anderlext"lə oyunöncəsi son məşqindən əvvəl, Brüsseldə - "Konstant Vanden Stok" arenasında baş tutan görüşdə Fuad İsgəndərov və Xəzər İbrahim klub rəsmiləri və futbolçularla görüşüb.

"Anderlext" - "Qəbələ" oyununda "qırmızı-qaralar"a uğurlar arzulayan Fuad İsgəndərov nəticədən asılı olmayaraq hər zaman "Qəbələ"nin yanında olacaqlarını bildirib:

"Komandanın son dövrlərdə göstərdiyi uğurlu çıxışın bu oyunla da davam edəcəyinə inanırıq. "Anderlext" - "Qəbələ" matçında sıravi azarkeş kimi sizi sona qədər tək qoymayacaq, öz dəstəyimizi göstərəcəyik. Daha öncə də Azərbaycan klubları "Anderlext"lə qarşılaşıblar. Bu dəfə hər şeyin bizim xeyrimizə nəticələnməsini arzulayırıq. Nəticədən asılı olmayaraq, hər zaman yanınızdayıq".

Görüşün sonunda Fuad İsgəndərov "Qəbələ" İdman Klubuna hədiyyəsini təqdim edib və xatirə şəkli çəkdirilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.