15 sentyabr 2016 15:15
Səməd Qurbanov Elxan Abdullayevin təyinatından danışdı
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov Elxan Abdullayevin baş məşqçi postuna təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ona uğurlar arzulayıram. Abdullayev Azərbaycan yığmasının məşqçisidir və işini bilən mütəxəssisdir. Elxana yalnız qətiyyətli və inadkar olmağı məsləhət görərdim. Onu komandada eşitməlidirlər. Fikrimcə, işinin öhdəsindən gələ biləcək. Rəhbərlik də əlindən gələn köməyi göstərəcək".
