15 sentyabr 2016 14:40
Kəpəz Sumqayıtla oyuna Bakıda hazırlaşır
“Kəpəz” Topaz Premyer Liqasının 5-ci turunda səfərdə qarşılaşacağı “Sumqayıt” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda Bakıda məşq edir.
“Zirə” ilə oyundan sonra bir gün istirahət edən “sarı-göylər” sentyabrın 13-dən çalışmalara start verib. Gəncə təmsilçisi “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlaşır.
Zədə səbəbindən “Zirə” ilə oyunu buraxan Tural Nərimanov fərdi şəkildə məşqlərə başlayıb. “Şərurspor”a qarşı yoxlama oyununda sıradan çıxan müdafiəçinin sağ ayağının aşıq-topuq oynağı burxulub.
Nərimanovun durumu həkim nəzarətindədir. Onun “Sumqayıt” ilə çempionat matçında oynayıb-oynamayacağına həftə sonuna kimi aydınlıq gələcək.
