15 sentyabr 2016 14:20

Elxan Abdullayev: Neftçi mənim həyatımın, ailəmin bir hissəsidir

"Neftçi”nin baş məşqçisi Elxan Abdullayev bu vəzifəyə təyin olunması ilə bağlı klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Bu hər bir azərbaycanlı məşqçi üçün böyük şansdır. Çox şadam ki, mənə belə bir etimad göstəriblər. "Neftçi” mənim üçün xüsusi bir komandadır – atam Ruslan Abdullayev burada futbolçu və məşqçi kimi çıxış edib. İndiyə kimi hər dəfə bu bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur. "Neftçi” mənim həyatımın, ailəmin bir hissəsidir, komandanı çətin vəziyyətdən çıxarmağa kömək etmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, yorulmadan birlikdə çalışsaq, komandanı layiq olduğu mövqeyə qaytararıq”.

Məşqçi haqqında məlumat:

Elxan Ruslan oğlu Abdullayev 1970-ci il mayın 19-da Bakıda anadan olub.
Futbolçu karyerasına 1989-cu ildə "Termist” klubunda başlayıb. "Dinamo” (Bakı), "Azəri”, "Turan”, "Xəzri”, o cümlədən Slovakiyanın "Pyeştyani” və "Trençin” klublarının şərəfini qoruyub.

Məşqçilik karyerasına "Neftçi” PFK-nın əvəzedicilərinin baş məşqçisi vəzifəsində başlamış Abdullayev 2000-ci ildə Bakı "Dinamo”sunun baş məşqçisi vəzifəsinə təyin olunub. 2004-2005-ci illərdə "Qarabağ” FK-nın məşqçisi, 2005-ci ildə isə baş məşqçisi postunda çalışıb. 2007-2010-cu illərdə Bakının "İnter”, 2010-2011-ci illərdə Qazaxıstanın "Atırau” komandalarının məşqçisi, 2011-2012-ci illərdə isə AZAL-ın baş məşqçisi işləyib.

Azərbaycan A milli komandasında baş məşqçilər – Karlos Alberto Torres və Berti Foqtsun köməkçisi kimi çalışmış Elxan Abdullayev hazırda baş məşqçi Robert Prosineçkinin koməkçisidir. O, U-21 yığma komandasında da məşqçi kimi çalışıb.

Azərbaycan, rus, ingilis, türk, alman, çex, slovak və xorvat dillərini bilir.
Pro-lisenziyalı məşqçidir.

"Neftçi” PFK-nın sabiq oyunçusu və baş məşqçisi Ruslan Abdullayevin oğludur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.