15 sentyabr 2016 14:00
Əfran İsmayılov: Slovandan qol buraxmaq istəmirik
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiyanın "Slovan" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu mərhələdə asan oyun, zəif rəqib olmur. Çətin olacaq. Yeni tarix yazmaq istəyirik. "Slovan"a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində təhlükəli futbolçular var. Elə təkcə Milan Baroş nəyə desən dəyər. Təcrübəli və çox ağıllı oyunçudur. Ona qarşı diqqətli oynamalıyıq. Bu görüşdə qol buraxmaq istəmirik. "Dalğa Arena" kiçik stadiondur. Amma istənilən halda maraqlı olacaq. Tribunalar meydana yaxındır".
