15 sentyabr 2016 13:30
Qarabağ xüsusi avtobuslar ayırdı
Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Dalğa Arena"da Çexiyanın "Slovan" klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, Ağdam klubu yolun uzaqlığını nəzərə alaraq, azarkeşlərin bu matça rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar ayıracaq.
"Qarabağ" jurnalistlər üçün də eyni xidməti yaradacaq.
Avtobuslar saat 17:00-dan etibarən Koroğlu metrostansiyasından stadiona yola düşəcək.
