15 sentyabr 2016 13:45
Qarabağın oyununda anşlaq gözlənilir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la Çexiyanın "Slovan" klubu arasında keçiriləcək oyunda anşlaq gözlənilir. Azerisport.az xəbər verir ki, "Dalğa Arena"da baş tutacaq görüşə artıq 5000-dən çox bilet satılıb.
Sözügedən arenanın 6500 azarkeş tutduğunu nəzərə alsaq, bu oyunda anşlaq gözlənilir.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı 19:00-da start götürəcək.
