15 sentyabr 2016 12:45
Məhəmməd Mirzəbəyov: Uğur qazanacağımıza inanırıq
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçikanın "Anderlext" klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Rəqibi yaxşı analiz etmişik. Belçikada ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Bu, bizim səfərdən uğurlu nəticə ilə qayıtmağımıza kömək edə bilər. Meydanda təşkilatlanmış, intizamlı mübarizə aparmalıyıq. Uğur qazanacağımıza inanırıq. Son matçda "Neftçi" üzərində qələbə qazandıq (8:0), çox yaxşı oyun sərgilədik. Çoxlu qol vəziyyətlərimiz oldu. Əsas odur ki, üç xal qazandıq".
