15 sentyabr 2016 12:30
Emin Mahmudov: Şadam ki, komandamızda daha bir azərbaycanlı oynayacaq
Portuqaliyanın "Boavişta" klubunun və Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov millimizin qapıçısı Kamran Ağayevin sözügedən klubuna transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, komandamızda daha bir azərbaycanlı çıxış edəcək. Burada doğma ana dilimizdə danışacağım birinin olması sevindirməyə bilməz. Ona portuqal dilini də öyrətməyə çalışacağam. Hələlik isə tərcüməçi kimi kömək edirəm. Kamran yaxşı qapıçıdır. Şübhəsiz ki, o, klubumuzu gücləndirəcək".
