15 sentyabr 2016 12:00
Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də, saat 21:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionunun və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı AFFA-nın saytında da həyata keçirilir.
Qarşılaşmanın biletlərinin qiyməti:
1-ci kateqoriya – 1 AZN
2-ci kateqoriya – 2 AZN
VİP – 10 AZN
