15 sentyabr 2016 11:40

Elxan Abdullayev: Sehrbaz deyiləm ki, hər şeyi 3 günə dəyişəm

"Neftçi"nin yeni baş məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi

- "Neftçi"dən baş məşqçi təklifi almağınızı necə qarşıladınız?
- Mənim üçün bu, tam gözlənilməz oldu. Buna hazır deyildim. Belə bir təyinata heç işarə də yox idi. Hər şey çox ani alındı. Belə bir komandaya rəhbərlik etmək böyük fəxrdir. "Neftçi"də həm oynamışam, həm məşqçi kimi çalışmışam. Atam da bu klubda çalışıb. Bu strukturda kənar şəxs deyiləm. Bu, bizim ən böyük klubumuzdur. Mənim üçün böyük məsuliyyətdir. Özümə inanıram və komandanı fərqli səviyyəyə çıxarmağa çalışacağam.

- Azərbaycan yığmasındakı işiniz necə olacaq?
- Bütün bunlar razılaşdırılıb. AFFA ilə müqaviləm var. Ona görə də hər iki vəzifəni yerinə yetirəcəyəm.

- Müqavilənin müddəti nə vaxta qədərdir?
- Hələ müqavilə bağlamamışıq, amma mövsümün sonunadək "Neftçi"ni çalışdıracağıma dair razılıq əldə etmişik.

- İlk növbədə hansı addımları atacaqsınız?
- İlk növbədə komandanı "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətin şokundan ayıltmaq lazımdır. Qarşıda "İnter"lə oyun var. Vaxtımız azdır. Mən də sehrbaz deyiləm ki, üç günə hər şeyi dəyişə bilim.

- Yəqin ki, heyətdə ciddi dəyişiklər edə bilməyəcəksiniz...
- Mənim belə seçim imkanım yoxdur. Kimlər sifariş olunubsa, onlarla oynamalıyıq. Çünki indi futbolçu ala bilmərik. Həm də mən dərhal radikal qərarlar qəbul etməyi xoşlamıram. Azərbaycan futbolunu yaxşı tanıyıram. Keçmiş məşqçilərə təşəkkürümü bildirirəm. Biri gedir, digəri gəlir. Məndən əvvəl çalışanların ünvanına heç vaxt təşəkkürdən başqa fikir səsləndirmərəm. Bu kluba yeni gəldiyim üçün hələ hər bir futbolçuya şans verməyə, baxmağa çalışacağam. Hansısa dəyişikliyə ehtiyac duysam, müvafiq addım atacağıq.

- Hədəfiniz nədir?
- İlkin hədəfim dediyim kimi, komandanı bu vəziyyətdən çıxarmaqdır. Məşq prosesində isə bizdə hansı çatışmazlıqların olduğunu müəyyənləşdirməyə çalışacağam.

- Nəticə baxımından sizdən heç nə tələb olunmadı?
- Bu baxımdan mənə təzyiq olmayacaq. Nəticəni müəyyən vaxt keçdikdən sonra tələb etmək olar. İndiki məqamda konkret tapşırıq yoxdur. Əminəm ki, hər şeyi düz etsək, nəticə də olacaq.

- Bu yolda tənqidlərə də hazırsınız?
- Nə qədər adam varsa, o qədər də fikir var. Kiminləsə mübahisə etmək fikrim yoxdur. Tənqidlər obyektiv də olur, subyektiv də. Müəyyən təcrübəm var. Obyektiv tənqidi eşitməyə hazıram. Özü də həm jurnalistlərdən, həm də azarkeşlərdən.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.