16 sentyabr 2016 04:40
Azərbaycan İspaniyaya məğlub oldu
Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının final mərhələsində ikinci oyununu keçirildi. Azerisport.az xəbər verir ki, komandamız Kolumbiyanın Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində İspaniya yığması ilə qarşılaşdı və 2:4 hesabı ilə məğlub oldu.
Qarşılaşmanı Alessandro Malfer (İtaliya) idarə edirdi.
Xatırladaq ki, millimiz dünya çempionatında keçirdiyi ilk oyunda Mərakeş yığmasını 5:0 hesabı ilə məğlub edib.
