15 sentyabr 2016 00:55

Neftçinin yeni simaları

Xəbər verdiyimiz kimi, ötən gün "Neftçi"də bir sıra yeni təyinatlar gerçəkləşdi. Azerisport.az sizi bundan sonra paytaxt klubunun əsas simaları olacaq şəxslərlə daha yaxından tanış edir:

Klubun icraçı direktoru Elnur Eyvazov

Elnur Zakir oğlu Eyvazov 1986-cı il iyunun 24-də Gəncədə anadan olub.|

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Tikinti inşaat və idarəetmə fakültəsinin məzunudur.

2010-2011-ci illərdə "LED Technology in Azerbaijan” şirkətinin direktoru vəzifəsində işləyib. 2010-2012-ci illərdə "Mega Sığorta” və "Luxury Motors of USA” şirkətlərinin marketinq şöbələrində çalışıb, 2014-2016-cı illərdə "CODA Travel” agentliyinin təsisçi-direktoru vəzifəsini icra edib. 2012-ci ildən "AdCo” şirkətinin təsisçi-direktoru vəzifəsində çalışır.

Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

Evlidir, iki uşağı var.

Klubun idman direktoru Orxan Hüseynzadə

Orxan Əhəd oğlu Hüseynzadə 1976-cı il fevralın 15-də Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Beynalxalq hüquq və münasibətlər fakültəsinin məzunudur.

1992-2001-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində çalışıb. 2004-cü ildə AFFA Beynəlxalq Əlaqələr Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2004-2005-ci illərdə "Olimpik” FK-nın (hal-hazırda AZAL FK) baş direktoru, 2006-2007-ci illərdə isə "Standard” FK-nın vitse-prezidenti vəzifəsində çalışıb. 2007-2011-ci illərdə AFFA Beynəlxalq Əlaqələr şöbəsinin direktoru vəzifəsində işləyib. 2010-cu ildən Çempionlar Liqası, Avropa Liqası və Avropa çempionatının təsnifat mərhələsinin oyunlarında UEFA nümayəndəsi kimi təyinat alır.

2016-cı ildən FIFA komissarıdır.

Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

Klubun inzibati işlər üzrə baş meneceri İslam Abbasov

İslam Ziyafət oğlu Abbasov 1969-cu il fevralın 22-də Bakıda anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin Xalq təsərrüfatı planlaşdırması fakültəsinin məzunudur.

1986-cı ildən 2004-cü ilə qədər Dövlət Maddi-Texniki Təminat Komitəsində çalışıb. 2004-cü ildən Azərbaycan milli futbol yığma komandasının baş inzibatçı vəzifəsində çalışır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.