Qarabağ məğlubiyyətdən son anda xilas oldu
Bu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib. Azerisport.az xəbər veri ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti sınağına çıxıb.
Ağdam klubu ilk matçında Çexiyanın "Slovan" klubu ilə üz-üzə gəlib. Qarşılaşma start götürən kimi çexlər hesabı açıblar. Yan Sikoranın 10-cu saniyədə vurduğu qol həm də Avroliqanın tarixinə düşüb. Belə ki, bu qol sözügedən turnirdə ən erkən qol olub.
"Qarabağ" bu qola tez cavab verməyi bacarıb. İkinci hissədə "Slovan" yenidən hesabda önə keçib. Amma Azərbaycan çempionu son saniyələrdə kapitan Rəşad Sadıqovun vurduğu qolla məğlubiyyətdən xilas olmağa nail olub.
Beləcə, Qurban Qurbanovun komandası Avroliqanın qrup mərhələsinə heç-heçə ilə başlayıb.
Avropa Liqası
Qrup mərhələsinin 1-ci turu
15 sentyabr
“Qarabağ” - “Slovan” - 2:2 (1:1)
Qollar: Y.Sikora, 1 (0:1). Mişel, 7 (1:1). M.Baroş, 68 (1:2). R.Sadıqov, 90+4 (2:2).
Sarı vərəqə: A.Aqolli, 72. Mişel, 75. E.Vuç, 90+5.
Hakimlər: Ştefan Klossner, Rafael Tseder, Jan-İv Vixt, Yohannes Foqel.
Əlavə köməkçi hakimlər: Alan Byeri, Saşa Amhof (hamısı İsveçrə).
Bakı. "Dalğa Arena".
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev (22. Əfran İsmayılov, 76), 5. Maksim Medvedev, 6. Dino Ndlovu (10. Muarem Muarem, 66), 8. Mişel, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli (11. Mahir Mədətov, 86), 32. Elvin Yunuszadə, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Qurban Qurbanov.
"Slovan": 19. Martin Dubravka, 2. Radim Breyte, 5. Vladimir Kufal, 6. Yan Sikora (7. Milan Nitrianski, 85), 10. Zdenek Folprext, 11. David Hovorka, 12. Eqon Vuç, 24. Daniel Bartl (4. Andrey Karafiat, 65), 26. Lukaş Bartoşak, 27. Milan Baroş (k) (16 İqor Sukennik, 75), 31. Martin Latka.
Ehtiyat oyunçular: 9. Yan Navratil, 17. Vaçlav Hladki, 21. Nikolay Komliçenko, 28. Ubonq Ekpay.
Baş məşqçi: Yindrix Trpişovski.
