15 sentyabr 2016 00:15
Neftçinin yeni baş məşqçisi bu gün işə başlayır
Xəbər verdiyimiz kimi, bundan sonra "Neftçi"ni yeni baş məşqçi çalışdıracaq. Azerisport.az xəbər verir ki, ötən gün istefaya göndərilən Vəli Qasımov Elxan Abdullayevlə əvəzləndi.
O, bu gün yeni komandasının üzvləribə təqdim olunacaq. Təqdimatın ardından Abdullayev "Neftçi"ni ilk məşqə çıxaracaq.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın 5-ci turu çərçivəsində sentyabrın 18-də "İnter"lə səfərdə qarşılaşacaq.
