15 sentyabr 2016 00:05

Qriqorçuk: Bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq

UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun “Anderlext” (Belçika) – “Qəbələ” oyunu öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk və kapitanı Rəşad Sadiqovun iştirakı ilə mətbuat konfransı keçirilib. Azerisport.az sizi onların fikirləri ilə tanış edir.

Roman Qriqorçuk bunları söyləyib: “İlk növbədə düzgün oynamağı, hücumda güclü çıxış etməyi düşünürük. İnanırıq ki, bunları bacarsaq, yaxşı nəticə qazana bilərik. “Anderlext” klubu deyil, əsas komandası və onun necə oynaması haqda danışmağım mümkündür. Rəqibi yaxşı öyrənmişik, hansı üslubda çıxış etdiyini bilirik. Belçika təmsilçisinin çox sayda güclü tərəflərini görürük. Başa düşürük ki, fərdi keyfiyyətlərə malik futbolçuları neytrallaşdırmalıyıq. Bu, çox çətin vəzifədir. Lakin bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Bir neçə oyunçu deyil, rəqibin bütün hücum xəttini zərərsizləşdirməyi nəzərdə tuturam. “Anderlext”in heyətində xeyli sayda belə oyunçu var. Bu futbolçular həm fərdi, həm kollektiv oyun bacarıqları ilə seçilir. Rəqibi tanıyır, hörmətlə yanaşır, amma ondan çəkinmirik. Qrup mərhələsi üçün qlobal vəzifəmiz yoxdur. Yalnız qarşıdakı oyunu fikirləşirik. İndi “Anderlext”lə matç olacaq, ardınca addım-addım irəliləyəcəyik. Belçikada havanın istiliyini hiss etməmişik. Azərbaycandakı yaydan sonra çətin ki, burada bizə hava şəraiti mane olsun”

“Qəbələ”nin kapitanı Sadiqov da qarşıdakı matç haqda fikirlərini bildirib: “Çətin oyun olacaq. Çünki rəqib “Anderlext”dir. Bu komandanın necə təcrübəli olması hamıya məlumdur. Onlar UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının qrupunda kifayət qədər çıxış ediblər. Buna baxmayaraq, biz də iddialıyıq. Meydana 3 xal üçün çıxacağıq. Çalışacağıq ki, qalib gələk. Bakıya ən azı xalla dönmək niyyətindəyik. Qrup mərhələsində ilk oyunumuzdur. Yaxşı nəticə ilə başlamalıyıq ki, davamı da gəlsin”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.