Slovanın çalışdırıcısı: Bakıda müdafiədə oturmayacağıq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Slovan" klubunun baş məşqçisi Yindrix Trpişovski fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Bu oyuna yaxşı hazırlaşmışıq. Həm şəhər, həm qaldığımız otel xoşuma gəldi. Burada, belə bir turnirdə olduğum üçün şadam.
- "Qarabağ"ın heyətində daha çox kimə diqqət ayıracaqsınız?
- Bu komandanın oyunlarına baxmışam. Onlar daha da güclü olublar. Bunu daha çox müdafiə və hücum xəttinə aid edərdm. Topa daha çox nəzarət etmək istəyirik. Müdafiədə oturmayacağıq. İrəli getməyə çalışacağıq.
- Belə bir rəqiblə eyni qrupa düşməyinizi necə qarşıladınız?
- Buna sevinmədik. Çətin rəqibdir. Xal qazanmaq, qol vurmaq istəyirik.
- Bu oyun sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Şübhəsiz ki, qrupun favoriti "Fiorentina"dır. Amma qrupda hansı komandaların yer almasından asılı olmayaraq, biz də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Buna görə də sabah bizə qələbə qazanmaq vacibdir.
