Milan Baroş: Qarabağı yaxşı analiz etmişik
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Slovan" klubunun hücumçusu Milan Baroş fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Vaxtilə Türkiyədə oynayanda "Qalatasaray"la avrokubokların qrup mərhələsində oynamışdım. İndi isə "Slovan"dayam. Yenidən Avroliqada oynadığım üçün şadam. Özümü yaxşı hiss edirəm. Artıq qocaldığımı düşünmürəm. Bu oyun üçün özümdə güc hiss edirəm.
- Lukaş Pokornının yoxluğu barədə nə düşünürsünüz?
- Ciddi itkidir. Buna baxmayaraq, onun yoxluğunda da yaxşı çıxış etməyə çalışacağıq.
- Sizə qarşı elə sizin kimi gənc olmayan Rəşad Sadıqov oynayacaq. Bu, sizin üçün üstünlük hesab oluna bilər?
- Bizə qarşı kimin oynayıb oynamayacağına diqqət yetirmirik. Rəqibi yaxşı analiz etmişik. Öz oyunumuzu sərgiləmək istəyirik.
